HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB

HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.
Digər ölkələr
6 May , 2024 20:44
HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB

HƏMAS İsraillə atəşkəsə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.

Hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

18:31

HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan HƏMAS rəsmisi deyib.

O bildirib ki, HƏMAS girovların azad edilməsi və atəşkəslə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

HƏMAS rəsmisi, həmçinin vasitəçilərin səylərinin nəticəsini gözlədiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Son xəbərlər

Orphus sistemi