Kaxaber Sxadadze: Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik

Kaxaber Sxadadze: Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik
Futbol
6 May , 2024 22:32
Kaxaber Sxadadze: Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik

Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik.

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXXIII turunun “Səbail” – “Qəbələ” (2:3) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis görüşün maraqlı keçdiyini bildirib: "Bol qollu matç alındı, meydanda gərgin mübarizə getdi. Bu, inkişaf üçün çox vacibdir. Gənc oyunçular sonadək yüksək səviyyədə mübarizə apardılar. Onlara görə şadam, təbrik edirəm. İki debütant da meydana çıxdı. Gənc futbolçularımız üçün sevinirəm. Onlar məşqlərdə xüsusi əzmlə çalışırlar və daha yaxşı oynaya bilərlər. Ümid edirəm ki, son matçlarda da özümüzü yaxşı tərəfdən göstərəcəyik. Əvvəlki qarşılaşmalarda da çox qol epizodları yaradırdıq. Amma bundan yararlanmaq üçün soyuqqanlılıq və ustalıq lazımdır ki, bunu bir az artırmışıq. Rəqib qapıçılar "Qəbələ" ilə görüşlərdə üç və daha çox “seyv” edirdilər, amma biz uduzurduq. “Neftçi” ilə oyunu misal çəkə bilərəm. Həmin görüşdə biz beş, rəqib isə bir dəfə "çərçivə"yə zərbə endirdi”.

Son xəbərlər

Orphus sistemi