Şimal bölgəsində növbədənkənar prezident seçkilərində seçici aktivliyi müşahidə olunur

Şimal bölgəsində növbədənkənar prezident seçkilərində seçici aktivliyi müşahidə olunur Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri üzrə səsvermədə Şimal bölgəsinin seçiciləri fəallıq nümayiş etdirirlər.
Daxili siyasət
7 Fevral , 2024 08:49
Şimal bölgəsində növbədənkənar prezident seçkilərində seçici aktivliyi müşahidə olunur

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri üzrə səsvermədə Şimal bölgəsinin seçiciləri fəallıq nümayiş etdirirlər.

"Report"un Şimal bürosunun məlumatına görə, bölgənin Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xudat seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində səhər saat 8:00-da məntəqə seçki komissiyalarının sədrləri müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan ediblər.

Səsverməyə gələn seçiciləri seçki məntəqələrinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvləri qarşılayaraq, ultrabənövşəyi rəngli fənərlə seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları məntəqəyə buraxıblar.

Onu da qeyd edək ki, Şimal bölgəsində 7 seçki dairəsi üzrə 430 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairələr üzrə ümumilikdə 347 398 seçici qeydə alınıb. Onlardan 11 665 nəfəri ilk dəfə səs vermə prosesində iştirak edəcək.

Səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər izləyirlər.

Səsvermə saat 19:00-da bitəcək.

Son xəbərlər

Orphus sistemi