Burkina-Fasoda Fransanın daha bir telekanalının yayımı dayandırılıb

Burkina-Fasoda Fransanın daha bir telekanalının yayımı dayandırılıb Burkina-Faso hakimiyyəti Fransanın “TV5Monde” telekanalının və Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin, həmçinin “Guardian” və “Monde” qəzetlərinin yayımını dayandırıb.
Digər ölkələr
29 Aprel , 2024 07:03
Burkina-Fasoda Fransanın daha bir  telekanalının yayımı dayandırılıb

Burkina-Faso hakimiyyəti Fransanın “TV5Monde” telekanalının və Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin, həmçinin “Guardian” və “Monde” qəzetlərinin yayımını dayandırıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Ölkənin Ali Kommunikasiya Şurası bir neçə beynəlxalq medianın (bəziləri qeyri-müəyyən müddətə) yayımını dayandırıb.

Sərəncamda göstərilənlər arasında Fransanın "Le Monde" qəzeti, Britaniyanın "The Guardian" nəşri, Almaniyanın" Deutsche Welle teleradio şirkəti və Fransanın "TV5 Monde" teleşirkəti də var.

2023-cü ilin yanvarında Burkina-Faso Fransa ilə Respublika qoşunlarının Afrika ölkəsində olmasını nəzərdə tutan müqaviləni pozub. Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri keçmiş metropoliyanın qoşunlarının Burkina-Fasonu bir ay ərzində tərk edəcəyini bildiriblər.

Elə həmin ilin mart ayında Burkina-Faso hakimiyyəti ölkədə “France 24” telekanalının yayımını qadağan edib.

Son xəbərlər

Orphus sistemi