Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar

Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılar, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışda ölkəmizi yüksək sə
Fərdi
29 Aprel , 2024 04:28
Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılar, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışda ölkəmizi uğurla təmsil ediblər.

"Report"un ABŞ bürosu xəbər verir ki, Şimalı Amerika Qrapplinq Federasiyasının (NAGA) təşkil etdiyi dünya çempionatı Nyu-Cersi ştatında keçirilib.

Hər il ənənəvi olaraq keçirilən və 7 mindən çox idmançının qatıldığı, dünyanın ən böyük qarışıq qrapplinq turniri hesab olunan yarışda iştirakçılar fərdi və komanda şəklində mübarizə aparıblar.

Qrapplinqdə E.Xanoğlanlı 70 kq, T.Həsənov isə 100 kq çəkidə güclərini sınayıblar.

Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda E.Xanoğlanlı gümüş və bürünc medala, T.Həsənov isə qızıl medala sahib olub. E.Xanoğlanlı yarışı ikinci, T.Həsənov isə hər üç rəqibinə qalib gələrək birinci bitirib.

İdmançılarımız zəfəri üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağını dalğalandıraraq qeyd ediblər. Nyu-York və Nyu-Cersi ştatlarında yaşayan həmvətənlərimiz onları alqışlayıb, "Yaşasın Azərbaycan" şüarları səsləndiriblər.

Qeyd edək ki, hər iki həmyerlimiz ABŞ-də keçirilən beynəlxalq idman yarışlarında tez-tez ölkəmizi layiqincə təmsil edirlər. E.Xanoğlanlı Amerikada fəaliyyət göstərən azərbaycanlı idmançıları bir yerdə toplamaq və onların koordinasiyalı fəaliyyəti üçün ötən il yaradılmış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, T.Həsənov isə təşkilatın fəal üzvlərindəndir.

Son xəbərlər

Orphus sistemi