Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var 

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var  Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 Yanvar , 2024 21:18
Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var 

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində başvermiş avtomobil qəzası zamanı 1996-cı il təvəllüdlü E. Yaqubov, 1997-ci il təvəllüdlü E.Yaqubova, 1976-cı il təvəllüdlü A.Məmmədova və 1 azyaşalı xəsarət alıb.

Zərər çəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi