Masallıda avtomobil aşıb, xəsarət alanlar var

Masallıda avtomobil aşıb, xəsarət alanlar var Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
Hadisə
31 Mart , 2024 15:10
Masallıda avtomobil aşıb, xəsarət alanlar var

Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Alvadı kəndində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb və elektrik transformatoruna çırpılıb. Qəza nəticəsində üç nəfər - Cəlilabad rayon sakinləri: 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002 -ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi