Masallıda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Masallıda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb Masallı rayonunda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.
Hadisə
2 Yanvar , 2024 16:21
Masallıda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Masallı rayonunda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

“Report”un Cənub bürosunun məlumatına görə, Boradigah qəsəbəsində qeyda alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - "Hyundai" və "Mercedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi