Oğuzda avtomobil kanala aşıb, xəsarət alan var

Oğuzda avtomobil kanala aşıb, xəsarət alan var Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.
Hadisə
15 Fevral , 2024 12:32
Oğuzda avtomobil kanala aşıb, xəsarət alan var

Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi