Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
6 Yanvar , 2024 23:28
 Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var

Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosunun verilən məlumata görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi