Salyanda avtomobil aşıb, xəsarət alanlar var

Salyanda avtomobil aşıb, xəsarət alanlar var Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə
15 Aprel , 2024 00:36
Salyanda avtomobil aşıb, xəsarət alanlar var

Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Rüstəmov Bilal Əlibaba oğlu və Ağamalıyev Ağa Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi