Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
29 Aprel , 2024 00:26
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Düz Cırdaxan kəndində sərnişin avtobusu rayon sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Rəfa Nurəddin qızını vurub.

Piyada ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi