Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgəri Qubada dəfn olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgəri Qubada dəfn olunub - YENİLƏNİB Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi başa çatıb.
Hərbi
6 Aprel , 2024 13:07
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgəri Qubada dəfn olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi başa çatıb.

“Report”un Şimal bürosu xəbər verir ki, Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində mərhumun ailəsinin yaşadığı evdə təşkil olunan vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əsgərin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağını mərhumun atası Kamal Xələfova təqdim edib.

12:23

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilir.

“Report”un Şimal bürosu xəbər verir ki, mərasim mərhumun ailəsinin yaşadığı Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində təşkil olunub.

Vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasim başa çatandan sonra S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

Son xəbərlər

Orphus sistemi