Türkiyəli general: Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib

Türkiyəli general: Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan öz ərazi bütövlüyünü təmin edənə qədər atəşkəsə nəzarət etmək missiyasını uğurla davam etdirib.
Hərbi
26 Aprel , 2024 12:14
Türkiyəli general: Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib

Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edənə qədər Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət etmək missiyasını uğurla davam etdirib.

“Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Qərargah rəisi general Levent Ergün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımlar dünya ictimaiyyəti tərəfindən izlənilir.

Generalın sözlərinə görə, ötən 3 il ərzində birgə bayramların qeyd edilməsi, həmçinin həyata keçirilən idman və mədəni tədbirlər Türkiyə və Rusiya arasında əlaqələri daha da gücləndirib: “Odur ki, Rusiya hərbçilərinə təşəkkürümü bildirirəm”.

General, həmçinin bu müddət ərzində dəstəyini əsirgəməyən Azərbaycan Ordusunun şəxsi heyətinə, o cümlədən komandirlərinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi