Həndbol çempionatı: "Qarabağ" liderliyini möhkəmləndirib

Həndbol çempionatı: "Qarabağ" liderliyini möhkəmləndirib Qadın həndbolçular arasında Azərbaycan çempionatında XV turun iki oyunu keçirilib.
Komanda
29 Aprel , 2024 09:25
Həndbol çempionatı: Qarabağ liderliyini möhkəmləndirib

Qadın həndbolçular arasında Azərbaycan çempionatında XV turun iki oyunu keçirilib.

"Report" xəbər verir ki, lider "Qarabağ" "Azəryol"la üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 31:24. Digər görüşdə "Kür" klubu "İdman Akademiyası"nın qonağı olub. Mingəçevir həndbolçuları qalib gəliblər - 31:18.

“Qarabağ” 26 xalla liderliyini möhkəmləndirib. Hesabına 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci sıraları bölüşürlər. Sonuncu pillədəki “Gənclər Birliyi”nin xalı yoxdur.

Son xəbərlər

Orphus sistemi