ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb

ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb ABŞ-nin Oklahoma ştatını güclü leysan yağışları ilə müşayiət edən şiddətli fırtına bir sıra tornadoların yaranmasına səbəb olub. Nəticədə biri uşaq olmaqla azı 4 nəfər ölüb.
Region
29 Aprel , 2024 09:47
ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb

ABŞ-nin Oklahoma ştatını güclü leysan yağışları ilə müşayiət edən şiddətli fırtına bir sıra tornadoların yaranmasına səbəb olub. Nəticədə biri uşaq olmaqla azı 4 nəfər ölüb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Ştatın qubernatoru Kevin Stitt ərazidə fövqəladə vəziyyət elan edib. O, bildirib ki, şəhərin mərkəzində bütün biznes obyektləri dağılıb:

“Bu, şübhəsiz ki, qubernator olduqdan sonra gördüyüm ən böyük zərərdir”.

Son xəbərlər

Orphus sistemi