Gürcüstanın keçmiş dövlət naziri aksiyada saxlanılıb

Gürcüstanın keçmiş dövlət naziri aksiyada saxlanılıb Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.
Region
29 Aprel , 2024 01:40
Gürcüstanın keçmiş dövlət naziri aksiyada saxlanılıb

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

“Report” bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, Petriaşvili polisə tabe olmamağa və kiçik xuliqanlığa görə inzibati qaydada saxlanılıb.

Bundan əvvəl gürcü polisinin Tbilisinin mərkəzində etirazçılara qarşı bibər qazından istifadə etdiyi məlum olub.

Dəbilqə, qaz əleyhinə maska taxan xüsusi təyinatlılar parlamentin qarşısına cəlb ediliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi vasitələrdən istifadə edildiyini təsdiqləyib və etirazçıları ictimai asayişi pozmamağa, polisin qanuni tələblərinə tabe olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi