İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb İranda Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə yay parkında kanalizasiyada partlayış nəticəsində 4 nəfər yaralanıb.
Region
29 Aprel , 2024 11:10
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin yay parkındakı kanalizasiya xəttində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vahid Şadiniya bildirib.

Məlumata görə, yaralılar Təbrizdəki İmam Rza xəstəxanasına yerləşdirilib.

Şərqi Azərbaycan əyaləti Fövqəlada Hallar İdarəsi mətbuat xidmətinin məlumatına əsasən, Bostanabad rayonunun İranak kəndində təbii qaz balonunun partlaması nəticəsində isə 6 nəfər yaralanıb. Onlar hospitala yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi