Mərakeşli deputat: "Seçkidə hər şey yüksək peşəkarlıqla təşkil olunmuşdu"

Mərakeşli deputat: "Seçkidə hər şey yüksək peşəkarlıqla təşkil olunmuşdu" "Azərbaycanda ilk dəfə idi, erməni işğalından azad edilmiş ərazilərdə də seçki keçirilirdi. Bu tarixi məqam idi".
Xarici siyasət
8 Fevral , 2024 10:51
Mərakeşli deputat: Seçkidə hər şey yüksək peşəkarlıqla təşkil olunmuşdu

Seçkidə hər şey yüksək peşəkarlıqla təşkil olunmuşdu.

"Report"un məlumatına görə, bu barədə Mərakeş parlamentinin Nümayəndələr Palatasının deputatı Tami Ovazzani Tuhami növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir işğaldan azad edilmiş ərazilərdə də seçki keçirilirdi: "Mərakeş parlamentinin nümayəndələri olaraq 13 məntəqədə müşahidə aparmışıq. Bu məntəqələrdə şəffaflığın və aktivliyin şahidi olduq. Hər şey yüksək peşəkarlıqla təşkil olunmuşdu. Bu, Mərkəzi Seçki Komissiyasının peşəkarlığının nəticəsi idi".

Mərakeşli digər deputat Mohamed El Hecira isə namizədlərin siyahısından tutmuş seçicilərin siyahısına qədər hər şeyin xüsusi diqqətlə hazırlandığını deyib: "MSK-nın bu prosesə çox ciddi hazırlaşdığı hiss edilirdi. Bu cür yüksək səviyyədə keçirilən və başa çatan seçkiyə görə Azərbaycanı təbrik edirik. Həqiqətən də Azərbaycandakı bu seçkidən öyrənəcək çox şey var".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi