Mərmərə Vəqfinin rəhbəri: "Azərbaycanda prezident seçkiləri Avropa və dünya standartlarına uyğun keçirildi"

Mərmərə Vəqfinin rəhbəri: "Azərbaycanda prezident seçkiləri Avropa və dünya standartlarına uyğun keçirildi" Azərbaycanda növbədənkənar prezident seçkiləri Avropa və dünya standartlarına uyğun şəkildə həyata keçirildi.
Xarici siyasət
8 Fevral , 2024 10:40
Mərmərə Vəqfinin rəhbəri: Azərbaycanda prezident seçkiləri Avropa və dünya standartlarına uyğun keçirildi

Azərbaycanda növbədənkənar prezident seçkiləri Avropa və dünya standartlarına uyğun şəkildə həyata keçirildi.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Mərmərə Vəqfi müşahidə missiyasının rəhbəri Akkan Suver növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.

O, 42 seçki məntəqəsində müşahidə apardıqlarını deyərək bildirib ki, seçkilərdə seçicilər, xüsusilə də qadınlar çox fəallıq göstərirdilər: "Qarabağ dastanından sonra Azərbaycan tam bir demokratik bayram yaşadı”.

A.Suver bu seçkilərin Azərbaycan və ümumiyyətlə, türk dünyasının gələcəyi üçün önəm kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi