Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi barədə qərar qəbul edib

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi barədə qərar qəbul edib Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin müsadirə edilməsi barədə qərar qəbul ediblər.
Digər ölkələr
8 May , 2024 20:36
Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi barədə qərar qəbul edib

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirin müsadirəsi barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bu qərar indi Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.

Avropa Komissiyası bu yolla 2024-cü ildə 2 milyarddan 3 milyard avroya qədər vəsait toplamaq niyyətindədir və bu vəsaitin 90 %-nin Ukrayna üçün silah alınmasına yönəldilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi