Şimali Makedoniyada parlament və prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

Şimali Makedoniyada parlament və prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB Şimali Makedoniyada parlament seçkiləri, həmçinin prezident seçkilərinin ikinci turu keçirilir.
Digər ölkələr
8 May , 2024 21:43
Şimali Makedoniyada parlament və prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

Şimali Makedoniyada parlament seçkilərində, habelə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

“Report” xəbər verir ki, səsvermə yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 21:00-da) yekunlaşıb.

Seçki komissiyasının saat 17:00-a (Bakı vaxtı ilə 19:00) məlumatına görə, parlament seçkilərində 827 mindən çox vətəndaş (45,85 %) səs verib, prezident seçkilərinin ikinci turunda isə 706 mindən çox seçici (39,27 %) iştirak edib.

09:48

Şimali Makedoniyada parlament seçkiləri, həmçinin prezident seçkilərinin ikinci turu keçirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüquqlarından istifadə edə biləcək.

Bildirilib ki, ölkədə 3480 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.

Assambleyada (birpalatalı parlament) yerlər uğrunda 17 partiya və koalisiyadan olan namizədlər mübarizə aparacaq (5 koalisiyaya 50-yə yaxın partiya daxildir). Parlament seçkilərində əsas mübarizənin Dimitar Kovaçevskinin başçıqlıq etdiyi Makedoniya Sosial Demokrat İttifaqının (SDSM) rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” koalisiyası ilə ən böyük müxalifət partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası arasında gedəcəyi gözlənilir.

Prezident seçkilərinin ikinci turunda iki namizəd mübarizə aparır: Qordana Siljanovska-Davkova və SDSM tərəfindən dəstəklənən respublikanın hazırkı prezidenti Stevo Pendarovski.

Son xəbərlər

Orphus sistemi