Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin Avropaya tədarükü layihəsində maraqlıdır"

Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin Avropaya tədarükü layihəsində maraqlıdır" Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin illik sərfiyyatının 55 %-ni keçəcəyi gözlənilir.
Energetika
8 May , 2024 15:52
Mikayıl Cabbarov: Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin Avropaya tədarükü layihəsində maraqlıdır

Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin illik sərfiyyatının 55 %-ni keçəcəyi gözlənilir.

"Report"xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

"Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə çalışırıq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycan enerji məhsullarını, əsasən də təbii qazını Bolqarıstana ixrac etməyə davam edir. Eyni zamanda, Bolqarıstan Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan vasitəsilə Avropa İttifaqına tədarükü layihəsində maraqlıdır”, - M.Cabbarov bildirib.

O qeyd edib ki, Bolqarıstanla əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır.

Son xəbərlər

Orphus sistemi