Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar yığmanın 4 üzvü xalça üzərinə çıxacaq
Fərdi
9 May , 2024 09:00
Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yığmanın 4 üzvü xalça üzərinə çıxacaq.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Yunan-Roma güləşi

60 kq

Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq

Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq

Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq

Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi