Azərbaycanın kişi boksçuları Dünya Olimpiya Təsnifat Turnirinə Tailandda hazırlaşacaqlar

Azərbaycanın kişi boksçuları Dünya Olimpiya Təsnifat Turnirinə Tailandda hazırlaşacaqlar Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandda davam etdirəcək.
Fərdi
9 May , 2024 21:54
Azərbaycanın kişi boksçuları Dünya Olimpiya Təsnifat Turnirinə Tailandda hazırlaşacaqlar

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandda davam etdirəcək.

Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasından bildirilib.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Banqkoka yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi