Babək rayonunda öz evini yandıran şəxs ölüb - YENİLƏNİB

Babək rayonunda öz evini yandıran şəxs ölüb - YENİLƏNİB Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Hadisə
9 May , 2024 22:55
  Babək rayonunda öz evini yandıran şəxs ölüb - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə saat əvvəl Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində alov ətraf əraziyə genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, evi N.Allahverdiyev spirtli içki qəbul etdikdən sonra yandırıb.

20:56

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, ev sahibi, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

Son xəbərlər

Orphus sistemi