Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub
Hadisə
9 May , 2024 13:20
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Lənkəranda əməliyyat zamanı saxlanılan və narkokuryerlikdə şübhəli bilinən şəxsdən 22 kiloqram marixuana aşkar olunub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

"Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi