Ötən gün vətəndaşlardan dörd silah götürülüb

Ötən gün vətəndaşlardan dörd silah götürülüb Polis əməkdaşları ötən gün vətəndaşlardan 4 silah götürüblər.
Hadisə
9 May , 2024 09:53
Ötən gün vətəndaşlardan dörd silah götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan dörd silah götürüblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, üç tüfəng, iki patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, iki tüfəng, bir patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi