Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək.
Komanda
9 May , 2024 10:43
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək.

"Report"un məlumatına görə, Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar.

Yarış saat 11:00-da başlayacaq.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi