BFB: Azərbaycanda korporativ istiqrazlar bazarının 4 dəfə artırılması üçün potensial var

BFB: Azərbaycanda korporativ istiqrazlar bazarının 4 dəfə artırılması üçün potensial var Azərbaycanda kapital bazarları vasitəsilə real sektorun maliyyələşdirilməsi təşviq ediləcək.
Maliyyə
9 May , 2024 11:38
BFB: Azərbaycanda korporativ istiqrazlar bazarının 4 dəfə artırılması üçün potensial var

Azərbaycanda kapital bazarları vasitəsilə real sektorun maliyyələşdirilməsi təşviq ediləcək.

“Report” xəbər verir ki, bu, “Bakı Fond Birjası” QSC-nın (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, hazırda korporativ istiqrazların həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,5 milyard manatdır. Bu, 2023-cü illə müqayisədə 4 dəfə artım deməkdir.

"Bununla bağlı, korporativ sektorun və yerli maliyyə sisteminin perspektivlərindən irəli gələn faydalar və bu istiqamətdə BFB-nin təmin edə biləcəyi dəstək barədə məlumatlandırma aparılacaq.

İstiqraz buraxılışı potensialı yüksək olan özəl müəssisələrinin qarşılaşdığı normativ və prosedur maneələr araşdırılacaq və həlli yollarının tapılmasına dəstək göstəriləcək.

İstiqraz buraxılışı prosesini başlatmış müəssisələrin maliyyələşmə ehtiyacları əsasında uğurlu emissiya nəticələrinin əldə olunması üçün müvafiq istiqamətləndirmələr və məsləhətlər veriləcək", - BFB qeyd edir.

Bildirilir ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda özəl müəssisələr maliyyələşmə üçün müntəzəm olaraq yerli kapital bazarlarından istifadə edir, bu da əhəmiyyətli şəkildə korporativ borc bazarının həcmini artırır.

"Korporativ istiqraz bazarlarının inkişafı öncəliklə iri özəl müəssisələrin buraxılışları ilə səciyyələnir", - BFB hesab edir.

Qeyd edək ki, 2023-cü ildə "Bakı Fond Birjası"nda korporativ istiqrazları üzrə əqdlərin dəyəri 374,4 milyon manat təşkil edib. Bunun 63,7 %-i və ya 238,6 milyon manatı ilkin bazarın, 36,3 %-i və ya 135,8 milyon manat təkrar bazarda formalaşıb.

Son xəbərlər

Orphus sistemi