Belqorodun atəşə tutulması nəticəsində azı 8 nəfər yaralanıb - YENİLƏNİB

Belqorodun atəşə tutulması nəticəsində azı 8 nəfər yaralanıb - YENİLƏNİB Rusiyanın Belqorod şəhəri atəşə tutulması nəticəsində azı altı nəfər yaralanıb.
Region
9 May , 2024 07:17
Belqorodun atəşə tutulması nəticəsində azı 8 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində biri uşaq olmaqla səkkiz nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“İlkin məlumata görə, səkkiz nəfər yaralanıb: yeddisi böyük, biri uşaq”, – Qladkov açıqlayıb. Onun sözlərinə görə, dörd nəfər qəlpə yaraları ilə yerli xəstəxanalardan birinə çatdırılıb, ayağından qəlpə yarası alan 11 yaşlı qız isə vilayət uşaq klinik xəstəxanasına aparılıb.

O əlavə edib ki, üç zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

Region başçısı qeyd edib ki, hava hücumundan sonra bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəyib. Bundan başqa, 37 nəqliyyat vasitəsi zərər görüb.

06:15

Rusiyanın Belqorod şəhəri atəşə tutulması nəticəsində azı altı nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

“İki kişi başından xəsarət alıb. Onlar Qubkin küçəsindəki evin yanında yerləşirdilər. Daha bir neçə nəfərin ayaqlarında qəlpə yaraları var. Zərərçəkmişlər arasında 10 yaşlı qız da var”, – teleqram kanalın məlumatında qeyd olunub.

“Shot”a görə, şəhərin iki rayonunda yanğın var: “Şəhərin iki rayonunda bir neçə avtomobil yanır. Çoxmərtəbəli yaşayış binasının mənzillərinin pəncərələri də sınıb”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarındakı neft anbarına dron hücumu olduğu bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi