Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmağının lazım olduğunu deyib. “Report” xəbər verir ki, o, bu barədə Braziliya dövlət başçısı Luiz İnakio Lula da Silva ( Luiz İnacio Lula da Silva) ilə telefon danışığı
Region
9 May , 2024 16:58
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmağının zəruri olduğunu deyib.

“Report” xəbər verir ki, o, bu barədə Braziliya Prezidenti Luiz İnakio Lula da Silva ( Luiz İnacio Lula da Silva) ilə telefon danışığında bildirib.

R.T.Ərdoğan Ankaranın Rusiya ilə Ukrayna arasında davam edən müharibəni yaxından izlədiyini diqqətə çatdırıb.

O, Moskva və Kiyevi danışıqlar masasına qayıtmağa, hüquqa uyğun, ədalətli sülhün bərqərar olması üçün səy göstərməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi