Vladimir Putin Paşinyanın ipini yığdımı?

Vladimir Putin Paşinyanın ipini yığdımı? Rusiya-Ermənistan münasibətləri tarixinin ən gərgin anlarını yaşayır.
Region
9 May , 2024 19:18
Vladimir Putin Paşinyanın ipini yığdımı?

Rusiya-Ermənistan münasibətləri tarixinin ən gərgin anlarını yaşayır.

“Report”un xəbərinə görə, Ermənistan Qərbə meyillənir, Rusiyanın əleyhinə bəyanatlarla çıxış edir.

Həmçinin Rusiyadan da Ermənistanla bağlı üstüörtülü olsa da, təhdidedici mesajlar verilir. Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyanın nə vaxt görüşəcəyi sual altında idi. Nəhayət, görüş baş tutdu. Lakin görüşün böyük hissəsi qapalı keçirildi.

Maraqlıdır, bu, gözdən pərdə asmaq üçün növbəti adi görüşlərdən idi, yoxsa ciddi nəticələri olacaq? Görüşdə hansısa gizli razılaşma ola bilərmi?

“Baku TV”nin departament rəhbəri Turan İbrahimov bu sualları “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevə və “Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna ünvanlayıb.

Ətraflı videoda:

Son xəbərlər

Orphus sistemi