Gürcüstanda Azərbaycan Evinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Gürcüstanda Azərbaycan Evinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib Gürcüstanda Azərbaycan Evinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
Xarici siyasət
8 May , 2024 23:00
Gürcüstanda Azərbaycan Evinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Gürcüstanda Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndərin həyat və fəaliyyəti haqqında sərgi nümayiş olunub.

Azərbaycan Evinin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, Heydər Əliyev Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlblərində daim yaşayır.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadənin müəllifi olduğu "Əsrin yadigarı - Heydər Əliyev" kitabının təqdimatı keçirilib.

Tədbirin ikinci hissəsində Azərbaycanın milli musiqisi və mətbəxi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi