Çin iş adamları "Ulduz" şokolad fabrikinin məhsullarına ciddi maraq göstərir

Çin iş adamları "Ulduz" şokolad fabrikinin məhsullarına ciddi maraq göstərir Çin iş adamlarından ibarət nümayəndə heyəti "Veysəloğlu" Şirkətlər Qrupunda olub
Biznes
29 Aprel , 2016 11:31
Çin iş adamları Ulduz şokolad fabrikinin məhsullarına ciddi maraq göstərir

Bakı. 29 aprel. REPORT.AZ/ Çinin “İpək Yolu” Beynəlxalq Kommersiya Palatasının sədri Lu Jianzonq və Asiya-Sakit okean bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının prezidenti Jemal İnaişvilinin başçılıq etdiyi nümayəndə heyəti "Veysəloğlu" Şirkətlər Qrupunda səfərdə olublar. Şirkətdən "Report"a daxil olan məlumata görə, çinli iş adamlarından ibarət nümayəndə heyəti ilə "Veysəloğlu" rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

Çin iş adamlarının şirkətə səfərində əsas məqsəd "Veysəloğlu" MMC, o cümlədən, "Ulduz" şokolad fabrikinin fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulması olub.

“İpək Yolu” Beynəlxalq Kommersiya Palatasının sədri L.Jianzonq "Veysəloğlu" ŞQ-nin həyata keçirdiyi layihələrə maraq göstərdiklərini deyərək şirkəti gələcəkdə öz ölkəsində təşkil olunacaq beynəlxalq sərgi və konfranslara dəvət edib. Asiya-Sakit okean bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının prezidenti J.İnaişvili "Veysəloğlu" şirkətini birgə layihələr həyata keçirməyə və qarşılıqlı əməkdaşlığa dəvət edib.

Görüşdə, həmçinin Şirkətlər Qrupunun məhsullarının Çin bazarında gələcək perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi