Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır Asiya İnkişaf Bankı (ADB) üzvü olan Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib.
COP29
4 May , 2024 15:10
Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“Ötən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-cu sessiyasında (COP28) gördüyümüz kimi, COP sədri seçilmək əslində ev sahibi ölkəyə iqlim dəyişikliyinin təsirlərini azaltmaq, eləcə də iqtisadiyyatın karbon izini azaltmaqla bağlı əlavə tədbirlər görmək üçün böyük stimul verir. Azərbaycana gəldikdə hökumət 2030-cu ilə qədər 30 % azalma əldə edəcəyini bəyan edib ki, bu da 2030-cu ilə qədər enerjinin bərpa olunan mənbələrdən əldə edilməsi deməkdir”, - o bildirib.

Y.Jukovun sözlərinə görə, ADB bu məsələdə Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi