Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib
Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edibAzərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.
Görüşdə “15-ci Petersberq İqlim Dialoqu”nun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.
COP29 team would like to thank @ABaerbock and her colleagues at @GermanyDiplo for their collaboration as co-hosts of the 15th Petersberg Climate Dialogue. The Dialogue is a crucial step on the road to COP29 in #Bakupic.twitter.com/eAq9jTagn7