Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır

Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır İqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.
COP29
4 May , 2024 20:07
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır

İqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.

“Report”un Tbilisiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankı (AİB) 57-ci İllik Toplantısı çərçivəsində keçirilən "Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi" seminarında deyib.

“Bir faktı nəzərə almalıyıq ki, karbon qazı tullantılarının böyük hissəsi çox az sayda ölkənin payına düşür. Amma emissiyaların atmosferə buraxılması istiqamətində lider olan şirkətlərin sayına nəzər yetirsək, onların kifayət qədər çox olduğunu söyləyə bilərik. Odur ki, bu məsələyə diqqət yetirsək, onları iqlim proqramına cəlb etməyin yollarını tapacağıq”, - nazir deyib.

S.Şərifovun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması üçün maliyyə resurslarının səfərbər edilməsi mühüm məsələdir:

“Xatırladım ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək məqsədilə bir sıra mexanizmlər yaratdıqdan sonra ölkələr bu istiqamətdə çox ciddi addımlar atıb. Güman edirəm ki, indi də bu istiqamətdə addımlar atıla bilər”.

Son xəbərlər

Orphus sistemi