İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2 Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib.
Daxili siyasət
8 May , 2024 14:49
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:36

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Hacıhətəmli kənd qəbiristanlığına aparılır.

14:19

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Ağayev Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi