“ByteDance” ABŞ-da “TikTok”un satışını tələb edən qanuna qarşı iddia qaldırıb

“ByteDance” ABŞ-da “TikTok”un satışını tələb edən qanuna qarşı iddia qaldırıb Çinin “ByteDance” şirkəti “TikTok” platformasının satışı və ya qadağan edilməsi ilə bağlı Nümayəndələr Palatasının qəbul etdiyi qanuna etiraz etmək üçün ABŞ-da məhkəməyə başlayıb.
Digər ölkələr
7 May , 2024 23:51
“ByteDance” ABŞ-da “TikTok”un satışını tələb edən qanuna qarşı iddia qaldırıb

Çinin “ByteDance” şirkəti “TikTok” platformasının satışı və ya qadağan edilməsi ilə bağlı Nümayəndələr Palatasının qəbul etdiyi qanuna etiraz etmək üçün ABŞ-da məhkəməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” “TikTok”un bəyanatına istinadən məlumat yayıb.

Şirkət qanunun tələb etdiyi 270 günlük müddət ərzində xidmətin ötürülə bilməyəcəyini açıqlayıb və Pekinin tətbiqin ABŞ-da işləməsini təmin edən əsas funksiyanı satmaqdan imtina etməsinə istinad edib.

Qeyd olunub ki, qəbul edilən qanun ABŞ Konstitusiyasının digər məsələlərlə yanaşı söz azadlığını məhdudlaşdıran qanunvericiliyin qəbulunu qadağan edən Birinci Düzəlişini pozur:

“Şübhə yoxdur ki, bu qanun “TikTok”un 19 yanvar 2025-ci ilə qədər ABŞ-da bağlanmasına səbəb olacaq”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden "TikTok"u ABŞ-də qadağan edə biləcək qanun layihəsini imzalayıb.

Son xəbərlər

Orphus sistemi