Macarıstan NATO-nun Ukrayna üçün 100 milyard avroluq fondunu dəstəkləməyəcək

Macarıstan NATO-nun Ukrayna üçün 100 milyard avroluq fondunu dəstəkləməyəcək Macarıstan NATO-nun Baş katibi Yens Stoltenberqin yaradılmasını təklif etdiyi Ukrayna üçün 100 milyard avroluq fonda qoşulmayacaq.
Digər ölkələr
8 May , 2024 23:45
Macarıstan NATO-nun Ukrayna üçün 100 milyard avroluq fondunu dəstəkləməyəcək

Macarıstan NATO-nun Baş katibi Yens Stoltenberqin yaradılmasını təklif etdiyi Ukrayna üçün 100 milyard avroluq fonda qoşulmayacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Macarıstan, təzyiqlərə baxmayaraq, NATO-nun ağlasığmaz fondundan kənarda qalacaq”, – XİN başçısı söyləyib.

Beləliklə, o, Budapeştin guya “Alyansı müharibəyə yaxınlaşdıra və ya onu müdafiədən hücum koalisiyasına çevirə biləcək” NATO təkliflərini dəstəkləməyəcəyini bildirən Macarıstan hökumətinin mətbuat katibi Zoltan Kovaçın mövqeyini təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Alyans üzvlərinə beş il ərzində Ukraynaya 100 milyard avroluq yardım toplamaq təklifini göndərmişdi.

Son xəbərlər

Orphus sistemi