Polşa əks-kəşfiyyatı: Rusiya NATO-ya qarşı əməliyyata hazırdır

Polşa əks-kəşfiyyatı: Rusiya NATO-ya qarşı əməliyyata hazırdır Rusiya NATO-ya qarşı əməliyyata hazırdır.
Digər ölkələr
7 May , 2024 17:06
Polşa əks-kəşfiyyatı: Rusiya NATO-ya qarşı əməliyyata hazırdır

Rusiya NATO-ya qarşı əməliyyata hazırdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Yaroslav Strojik deyib.

O bildirib ki, Kreml artıq NATO ölkəsinə qarşı kiçik hərbi əməliyyata hazırdır, amma bizdə tam məlumat yoxdur: “Yalnız ehtimallara əsaslanırıq”.

Y.Strojikin sözlərinə görə, əməliyyat Estoniyanın Narva şəhərində və ya İsveç adalarında ola bilər: “Kremlin niyyətlərinə mane olan sadəcə Qərbin mövqeyidir. NATO-ya hücum edilsə, Qərbin cavabı daha sərt olacaq”.

Xatırladaq ki, bir müddət əvvəl Polşa Prezidenti Anjey Duda Rusiyanın 2026-cı ildə hərbi potensialını bərpa edəcəyini və NATO ölkələrinə hücum edə biləcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi