Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb

Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb Küləkli hava şəraiti ilə bağlı "Rəng xəbərdarlıq sistemi" bu gündən meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.
Ekologiya
16 May , 2024 15:25
Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb

Azərbaycanda mayın 16-dan etibarən küləkli hava şəraiti ilə bağlı "Rəng xəbərdarlıq sistemi" fəaliyyətə başlayıb.

Bunu "Repor"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, narıncı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur.

Qeyd edək ki, dünya təcrübəsinə əsaslanan "Rəng xəbərdarlıq sistemi” əhalinin diqqətini daha çox cəlb etmək və küləkli hava şəraiti ilə bağlı xəbərdarlığın əhəmiyyətini vurğulamaq üçün önəmlidir.

Son xəbərlər

Orphus sistemi