Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib

Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib Türkiyənin paytaxtı Ankaradakı Məhəmməd Əmin Rəsulzadə adına liseyin müəllim heyəti və şagirdləri Azərbaycana gəliblər.
Elm və təhsil
8 May , 2024 21:22
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib

Türkiyənin paytaxtı Ankaradakı Məhəmməd Əmin Rəsulzadə adına liseyin müəllim heyəti və şagirdləri Azərbaycana gəliblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyənin “Azərbaycanla təhsil sahəsində əməkdaşlığının önəmli parçası olan qardaş məktəb layihəsi” çərçivəsində baş tutub.

“Hazırda Bakıda olan Ankara Məhəmməd Əmin Rəsulzadə Anadolu Liseyindən şagird və müəllimlərimiz səfirimiz Cahit Bağcıya baş çəkib. Səfirimiz şagirdlərimizlə söhbət edib, onlara hədiyyələr təqdim edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb”.

Son xəbərlər

Orphus sistemi