Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olunub

Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olunub Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.
Elm və təhsil
7 May , 2024 18:22
Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olunub

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

"Report"un Sumqayıt bürosunun məlumatına görə, bu barədə idarə məlumat yayıb.

Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi