ADB müşaviri: “Təmiz enerjiyə keçid yaxşı biznesdir”

ADB müşaviri: “Təmiz enerjiyə keçid yaxşı biznesdir” Təmiz enerjiyə keçid, ilk növbədə, yaxşı biznesdir.
Energetika
4 May , 2024 16:04
ADB müşaviri: “Təmiz enerjiyə keçid yaxşı biznesdir”

Təmiz enerjiyə keçid, ilk növbədə, yaxşı biznesdir.

Bu barədə “Report”a açıqlamasında Asiya İnkişaf Bankının (ADB) iqlim dəyişikliyi məsələləri üzrə xüsusi baş müşaviri Uorren Evans bildirib.

“Reallıq budur ki, qalıq yanacaqlar gələcəkdə əlçatmaz olacaq. Bununla belə, bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi hazırda qalıq yanacaqlardan əldə edilən elektrik enerjisindən daha ucuzdur. Beləliklə, “yaşıl enerji”yə keçid hər kəs üçün faydalıdır və yaxşı biznesdir”, - o vurğulayıb.

Müşavirin sözlərinə görə, bütün bunlar ona gətirib çıxara bilər ki, atmosferə atılan istixana qazlarının azaldılması ilə yanaşı, havanın çirklənməsi ilə bağlı problemlər də azalacaq və təhlükəsizlik artacaq: “Yanacaq idxal etməli olan bir çox ölkələr bərpa olunan enerji mənbələrinə keçərək enerji təhlükəsizliyini artırır. Zəngin bərpa olunan enerji mənbələrinə malik olan ölkələr daha ucuz olan elektrikli nəqliyyat vasitələrinə keçirlər. Onlar o qədər də benzin idxal etməli deyillər, ona görə də bu çox sərfəlidir”.

U.Evans, son bir neçə ildə ADB investisiyalarının xüsusilə “yaşıl enerji”nin inkişafına yönəldiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi