SOCAR bu il aparılan qazma işlərinin həcmini açıqlayıb

SOCAR bu il aparılan qazma işlərinin həcmini açıqlayıb Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.
Energetika
8 May , 2024 14:08
SOCAR bu il aparılan qazma işlərinin həcmini açıqlayıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.

Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 2 min 088 metr və ya 10,6 % azdır.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə SOCAR 19 min 732 metr qazma işləri aparıb.

Son xəbərlər

Orphus sistemi