Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının rəsmiləri və muxtar respublikada fəaliyyət göstərən məşqçilər ilə görüşüb.
Fərdi
27 Aprel , 2024 10:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının rəsmiləri və muxtar respublikada fəaliyyət göstərən məşqçilər ilə görüşüb.

"Report" ABF-nin rəsmi saytına istinadən xəbər verir ki, federasiyanın prezidenti Sahil Babayevlə Naxçıvan MR-in gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidova məşqçilərin fəaliyyəti, idmançıların hazırkı məşq prosesi ilə bağlı son məlumatlar verilib.

Görüşdə perspektivlər, yaxın gələcək üçün hədəflər, boksun muxtar respublikada daha da kütləviləşməsi, idmançı və məşqçilərin hazırlıq səviyyələrinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Çalışdırıcıların bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi