Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq

Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.
Fərdi
8 May , 2024 18:05
Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.

"Report" xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.

Marseldə XIX əsrə aid üçdirəkli yelkənli Belem gəmisinin Yunanıstanda olimpiya alovu ilə Fransaya gəlişi münasibəti ilə bayram tədbiri keçirilir.

Axşam gəmi limana yanaşacaq və olimpiya məşəli quruya ötürüləcək. Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manaudu olacaq. O, daha sonra bunu adı açıqlanmayan ikinci iştirakçıya ötürəcək. Proqram dəyişməsə, üçüncü məşəlçi Zinəddin Zidan olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi