"Bavariya" ilə oyun "Real"ın futbolçusu üçün yubileylərlə əlamətdar olub

"Bavariya" ilə oyun "Real"ın futbolçusu üçün yubileylərlə əlamətdar olub UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində "Bavariya" ilə cavab oyunu "Real"ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.
Futbol
9 May , 2024 11:24
Bavariya ilə oyun Realın futbolçusu üçün yubileylərlə əlamətdar olub

UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində "Bavariya" ilə cavab oyunu "Real"ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi turnirdə 20 yarımfinal matçına çıxıb.

O, bu göstəricidə yalnız Kriştianu Ronaldudan (21) geri qalır.

Bu, almaniyalı oyunçunun ÇL-də 150-ci qarşılaşmasıdır. Yarış tarixində yalnız 7 futbolçu bu rəqəmə çata bilib.

Qeyd edək ki, Almaniyada "Bavariya" ilə 2:2 hesablı heç-heçə edən "Real" finala yüksəlib. Komanda iyunun 1-dəki həlledici matçda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi